Ümumi məlumat

Assistant şirkətlər – böyük firmalar üçün zaman, resurs və məkan problemi yaradan xidmətləri , həmçinin fərdi müştərilərin tələbatlarına uyğun tibbi, sosial, istirahət xidmətlərinin təşkilini həyata keçirir. Xidmətdən istifadə edən istər korporativ, istərsə də fərdi müştərilərimiz həm maddi, həm də zaman baxımından üstünlük əldə edirlər.

İş və ictimai həyatda fərdlərə və korporativ müştərilərə dəstək verən Assistanlıq Modeli dünya miqyasında getdikcə tələbata çevrilir. Model,  iş və ictimai həyatda Assistant köməyinə ehtiyac hiss edən şirkətlərin və fərdlərin daha müstəqil və ucuz maliyyətli dəstək almalarını qarşısına məqsəd qoyur.

Müştəri mərkəzli fəaliyyətimizin nəticəsi olaraq xidmətlərimizi müştəriyə xas özəl çözümlərlə zənginləşdiririk. Müştərilərimizin ehtiyac və istəklərini yaxından izləyirik. Onları yaxından tanıyıb, fərqli ehtiyaclarına cavab verən özəl çözümlər təqdim edirik.

Assistant şirkəti olaraq əməkdaşlıq etdiyimiz şirkətlərə dəstək olmaq prioritet məsələmizdir. Maliyyə Nəzarət proqramımız müştərilərimizin müalicə xərclərini əhəmiyyətli dərəcədə azaldır və bu da xəstələr üçün çox daha rahat xəstəxana müddətini vəd edir. Respublikanın səhiyyə sahəsində öndə gələn Tibb müəssisələri ilə qurduğumuz yaxşı əlaqələr və göstərəcəkləri yüksək keyfiyyətli tibbi xidmətə olan inancımızla bir yerdə, şişirdilmiş müalicə xərclərinin, gərəksiz müalicələrin qarşısını alaraq ümumi müalicə xərclərini aşağı salırıq.  Maliyyə Nəzarət proqramımızla eyni zamanda xəstələrin uzadılmış müalicə müddətləri və can sıxan bürokratiya aradan qalxır və xəstələr hüzurlu və rahat şəkildə müalicə kursunu keçir.

Quruluşumuzdan bu yana ölkə daxilində, tərkibində öndə gələn tibb müəssisələri, sağlamlıq mərkəzləri, medikal marketləri də ehtiva edən bir şəbəkə qurduq. Bu şəbəkə daxilinndə olan hər kəslə əlaqələrimiz çox yaxşıdır, hər birinin fəaliyyəti ilə yaxından bələdik və yüksək səviyyədə ünsiyyətə malikiq. Bununla da müştərilərimizə maksimum fayda, şəffaflıq və keyfiyyət vəd edən Maliyyə Nəzarət proqramımız formalaşır.

Sığorta sektoru üçün əsaslı risk nisbətlərinin, tələb maliyyətlərinin və bu nisbətlərin trendlərini izləyə bilmək, proqnozlar vermək nə qədər əhəmiyyətli olduğunu bilirik. Bölgə, müddət, xəstəxana və diaqnoz səviyyəsində təqdim etdiyimiz detallı və müntəzəm hesabatlarımız sayəsində müştərilərimiz həm öz əməliyyatları həm də Alliance Assist Group əməliyyatları haqqında çox açıq bir təsəvvürə sahib olacaqlar. Bununla da müştərilərimiz yenilikləri daha yaxından izləyə bilmək fərqliliyini hiss edəcəklər.

Personalımızın tibb mənşəli olması səbəbi ilə əməkdaşlarımız şəbəkəmizə daxil olan tibb qurumların hamısı ilə yaxşı ünsiyyətə sahibdirlər, xərclərin azaldılmasında ixtisaslaşmışdır və bu tibb qurumlarını müntəzəm ziyarət edərək müştərilərimizə göstəriləcək tibbi xidmətin keyfiyyətini nəzarət edirlər.

Əməkdaşlıq etdiyimiz tibb qurumlarından Alliance Assist Group olaraq eksklyusiv endirim qiymətləri təmin edirik. Müştərilərimizə endirimli qiymətlərlə tibb müəssisələrində müayinə və müalicə olunmaları üçün şərait yaradırıq.

Müayinə və müalicə proseslərinin nəticəsində ortaya çıxan maliyyə xərclərini araşdırırıq, müayinə və müalicənin doğru aparıldığına nəzarət edirik, meydana gələ biləcək anlaşmazlıqları müştərilərimizin lehinə həll edirik.

Qiymətləri araşdırarkən, şişirdilmiş qiymətləndirmənin qarşısını almaq üçün müayinə və müalicə qiymətlərinə müntəzəm olaraq nəzarət edilir. Nəzarət prosesi müayinə və müalicənin vəziyyətinə görə təxmini hesablamalarla başlayır. Müayinə və müalicəyə aid olmayan testlər, analizlər, müayinələrə görə qiymətlərin hesablanmasının qarşısı alınır.

İşcinin qorunması və Tibbi Təhlükəsizliyin təminatında Alliance Assist Group şirkəti olaraq fəal xidmət göstəririk. Bu gün biznes sahəsində fəaliiyət göstərən bütün şirkətlər keyfiyyətini və məhsuldarlğını artırmaq üçün nəzdində çalışan işçilərin motivasiyasını təmin etmək məcburiyyətindədirlər. Motivsiyanı təmin etmək üçün işçilərin və iş yerinin ehtiyaclarını təyin edib, bu istiqamətdə işlərin aparılması zəruridir. Bu ehtiyaclardan biri və ən əsası da işçilərin qorunması və Tiibi Təhlükəsizliyin təmin edilməsidir. Bu işdə bizə, Alliance Assist Groupa arxalana bilərsiz. Alliance Assist Group olaraq Sizə aşağıdakı xidmətləri təqdim edirik:

  • 7/24 Medikal Konsirje xidmətləri
  • İkinci görüş
  • 7/24 Tibbi qurumlara çatdırılma
  • Tibb qurumlarının seçimi
  • Evdə/İşdə Tibbi Xidmət
  • Fərdi Qəza Sığortası
  • Peyvənd Proqramları
  • Check up
  • İşə qəbulda tibbi yoxlama
  • İş yerində Tibbi Məntəqə
  • İş yerində SƏTƏM qaydalarının tətbiqi

Siz kiçik, orta və böyük şirkət ola bilərsiniz. Lakin çalışan işçilərin qayğıları isə bərabərdir. Onların qayğıları ilə maraqlanmaq, ehtiyaclarını təmin etmək hər biriniz üçün zəruridir. Bu işdə Alliance Assist Group olaraq xidmətinizdəyik. Bizimlə əməkdaşlıq Sizə nə fayda verə bilər?

  • ümumi riskləri azaldır
  • ümumi xərclərini azaldır
  • ümumi fayda artırılması
  • İşin səmərəliliyi və məhsuldarlıq səviyyəsinin artımı
  • Axtardığınız individual tibbi xidmət almaq
  • Evdə və İş yerində tibbi xidmət
  • İşçilərin fərdi qəza sığortası
  • İşə qəbul tibbi proqramları
  • Ev proqramları Sağlamlıq və təhlükəsizlik
  • Tibbi xidmətlərin keyfiyyətinə nəzarət

Hətta nəzarətsiz qalan  kiçik sağlamlıq və təhkükəsizlik məsələsi belə tez bir zamanda daha ciddi problemə çevrilə bilər. Bizimlə əməkdaşlıq Sizin nüfuzunuza, sizin sağlamlağınıza, işçilərinizin sağlamlığına, işin məhsuldarlığına müsbət mənada ciddi təsirini göstərəcəkdir.

Alliance Assist