Fərdi Tibbi Asistance

09.00dan - 17.00dək

Sizlərə təqdim etdiyimiz xidmətlərlə bağlı həftənin bütün günləri saat 09:00-dan 17:00-a dək çağrı mərkəzimizə müraciət edə bilərsiniz.
Telefon: (+99412) 409 99 11, (+99412) 409 09 11
Mob: (+99451) 409 99 11

Online Konsultasiya

Telefon vasitəsilə online konsultasiya xidmətlərindən faydalana bilərsiniz. Səhhətinizlə bağlı yaranan sualları mütəxəssis həkimlərimiz cavablandıracaq, sizə gərəkli məsləhətlər veriləcək.

Evdə və iş yerində tibbi xidmət

İnsanların sağlamlığını qorumaq məqsədilə xəstəxanada başlanan müalicənin ev mühitində davam etdirilməsi və ağır yataq xəstələri üçün ev şəraitində müalicəsinin təşkili əhəmiyyətlidir. Alliance Assist Group olaraq bu xidməti beynəlxalq tələblərə uyğun şəkildə təşkil edirik.

Tele Konsultasiya

Xəstəxana və həkim seçimi

Şirkətimizin təcrübəli mütəxəssisləri Azərbaycanda, eləcə də ölkə xaricində, müayinə və müalicənizin daha effektli həyata keçirilməsi üçün sizə klinika və həkim tövsiyə edə bilərlər.

Check-Up

Gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində check-up müayinəsi əvəzsizdir. Alliance Assist Group Azərbaycanda və ölkə xaricində ən güvənilən tib mərkəzlərində check-up müayinənizi təşkil edə bilər.

Evdə və işdə Check-Up müayinələrinin təşkili

Alliance Assist Group evinizdə və ofisinizdə keçə biləcəyiniz check-up müayinə paketlərini sizlərə təklif edir. Fəaliyyət tərəfdaşlarımızın yüksək keyfiyyətli tibbi xidmət göstərməsinə zəmanət veririk.

İkinci rəyin alınması

Müalicənizin gedişi sizi qane etmirsə, və ya diaqnozlarla bağlı şübhəniz yaranıbsa bunu da xidmətimiz aradan qaldıracaq. Mymediks, alternativ ekspert həkimlərin rəyini almaqda və diaqnozu dəqiqləşdirməkdə yardımçınız olacaq. İstər ölkədaxili, istərsə də, ölkə xaricində mütəxəssis həkimlərlə görüş təşkil oluna bilər.

Xəstəxanalarda Güzəştlər

Müştərilərimiz əməkdaşlıq etdiyimiz tibb mərkəzlərində xüsusi güzəştlər əldə edirlər.Üzvlərimiz endirimləri tibbi sektorun bütün sahələrini əhatələyən obyektlər üçün də əldə edə biləcəklər. Həmçinin üzvlər üçün mütəxəssis həkimlər arasından, seçim və istəklər əsas götürülərək görüşlər təşkil edilir.

Tibbi Xidmətlərin Təşkili

Müəssisə, qurum və təşkilatlarda, işçilərin sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq üçün tibb məntəqəsi yaradılmasını həyata keçirə bilərik.

Xatırlatmalar

Müştərilərimizin fərdi tibbi məlumatları nəzərə alınmaqla onlara sms, e-mail və ya telefon vasitəsilə sistemli olaraq fərdi tibbi nəzarət edilir. Xatırlatma və müşahidə xidməti həkim nəzarətində olan tibb bacılarından ibarət briqada tərəfindən həyata keçirilir. Yəni biz, pasiyentlərin özlərinə qarşı laqeydliyinin qarşısını alır və sağlamlıqlarının davamlı olmasını təmin edirik.

Xaricdə Müalicənin Təşkili

Səhhətinizlə bağlı ciddi problem yaranarsa Mymediks, dünyanın qabaqcıl tibb mərkəzlərində müalicəni təşkil edir. Tibbi sənədlərin xarici dillərə tərcüməsi, viza alınması məsələsi də Mymediks tərəfindən həll edilir. Mymediks həmçinin laborator analiz nümunələrinin Avropanın qabaqcıl laboratoriyalarında yoxlanılmasını və nəticələrin evinizə çatdırılmasını təmin edə bilər.

Müalicə Xərclərinə Nəzarət

Alliance Assist Group mütəxəssisləri tərəfindən klinikalarda sizə təqdim olunan hesabların real ehtiyac və qiymətlərlə tutuşdurulması və izafi xərclərin qarşısı alınacaq.

Xidmət Keyfiyyətinə Nəzarət

Alliance Assist Groupi mütəxəssisləri tərəfindən klinikalarda sizə təqdim olunan tibbi xidmətin keyfiyyətinə nəzarət ediləcək.

Tibbi Məlumat Bazası

Sağlamlığınızla bağlı bütün məlumatlar, hətta kiçik detallar belə tərəfimizdən qeydə alınır. Sizin və ailə üzvlərinizin müayinə və müalicə nəticələri də arxivləşdirilir. Beləliklə dünyanın hansı ölkəsində olmağınızdan asılı olmayaraq 7 gün/24 saat, yəni vaxt məhdudiyyəti olmadan bu məlumatlar ölkə xaricində eləcə də Azərbaycanda fəaliyyət göstərən səhiyyə müəssisələrinə göndərilə bilər.

Təcili Yardım

Müştərilərimiz ambulans və təcili tibbi yardım xidmətlərindən 7 gün 24 saat ərzində istifadə edə bilərlər.

Medical Eskort

Müştərilərimizin bütün tibbi cihazlarla təmin olunan maşınla bir məkandan digərinə aparılmasını təmin edirik.

Avia Ambulansın Təşkili

Pasientin mühüm tibbi cihazlarla təmin edilərək vertolyot və təyyarə vasitəsi ilə daşınmasını təmin edirik.

Alliance Assist Group